XƏBƏRLƏR / Təhsil

Naxçıvan Universiteti bağlanır

Universitetin bağlanması təsisçinin qərarıdır

Naxçıvan Universiteti bağlanır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Naxçıvan Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət olub.

    Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

    Nazir vurğulayıb ki, universitetin bağlanması təsisçinin qərarıdır. Aşağı kurslarda təhsil alan tələbələr isə başqa universitetlərə köçürüləcək.

    Qeyd edək ki, Naxçıvan Universiteti 1994-cü ildən 1999-cu ilə kimi Naxçıvan bazası kimi fəaliyyət göstərib. Ədliyyə Nazirliyi 05 iyul 1999-cu il tarixli 33 saylı şəhadətnamə ilə müəssisəni Naxçıvan Özəl Universiteti adı ilə dövlət qeydiyyatına alıb. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır.