Qızılcaya görə məktəblər bağlanacaq?
Elm və təhsil naziri Emin Əmrullayev məsələyə aydınlıq gətirib
Qızılca ilə bağlı çox suallar olur. Elm və Təhsil Nazirliyini bu məsələ ilə bağlı maraqlandıran təhsil müəssisələrinin fəaliyyəti ilə bağlıdır.
Bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.
“Son aylar ərzimdə yoluxmanı izləyirik, müvafiq dövlət qurumları ilə əməkdaşlıq edirik. Məktəblərin fəaliyyətini dayandırması və ya onlayn olması məqsədəmüvafiq deyil. Təhlillər göstərir ki, azyaşlı uşaqlar arasında istər yoluxma, istərsə də az sayda ölüm halı olması digər xəstəliklərlə bağlıdır. Peyvəndləmənin statistikası dəyişmirsə, məktəbi bağlamağa ehtiyac yoxdur, sadəcə məktəbi bağlayıb uşaqları təhsildən uzaqlaşdırmış olarıq. Uşaqlara vaxtında peyvəndləmə olmadıqda bir neçə ildən sonra belə reallıqla üz-üzə qalırıq. Ümumi təhsil müəssisələrində qızılca xəstəliyinə yoluxma kütləvi xarakter daşımır və məktəblərin bağlanması gündəmdə deyil.” – nazir deyib.
O əlavə edib ki, məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib:
"Valideynlərə hər zaman məsləhət görülür ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, tam sağalanadək digər uşaqlarla yaxın təmasda olmasınlar. Övladlarınızın peyvənd olunmasını tövsiyə edirik".