XƏBƏRLƏR / Təhsil

DTX qəbul imtahanlarında texniki dələduzluq aşkar edib

Abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti ilə təchiz edən şəbəkə ifşa olunub

DTX qəbul imtahanlarında texniki dələduzluq aşkar edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqsədilə bir sıra abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti (mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və s.) ilə təchiz edən şəbəkə ifşa olunub.

    Onlar Dövlət İmtahan Mərkəzinin müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən görülmüş tədbirlərlə müəyyənləşdirilərək saxlanılıblar və barələrində DTX-də cinayət işi başlanılıb. 

    Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün sosial şəbəkə hesabında paylaşım edib.

    Qeyd edilir ki, göstərilən məsələ bəzi abituriyentlərin nəticələrinin ləğv olunması ilə nəticələnib.