XƏBƏRLƏR / Təhsil

Rusdilli məktəblər bağlanacaq?

Elm və Təhsil Nazirliyi cavab verir

Rusdilli məktəblər bağlanacaq?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Elm və Təhsil Nazirliyi sosial şəbəkələrdə rus dilində tədrislə bağlı yayılan məlumatlara münasibət bildirib.

    Nazirlikdən bildirilib ki, bu cür xəbərləri yayarkən dövlətin təhsil siyasətinə dair qərarlarla bağlı yalnız rəsmi mənbələrə istinad etmək lazımdır.

    Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi media orqanlarında orta və ali təhsil müəssisələrində rus dilində təhsilin dayandırılmasına dair “rəsmi bildiriş” yayımlanıb.