XƏBƏRLƏR / Təhsil

Elçin Babayev yenə BDU rektoru təyin edilib

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb

Elçin Babayev yenə BDU rektoru təyin edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Prezident İlham Əliyev Bakı Dövlət Universitetinə rektor təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

    ARAYIŞ: Elçin Səfərəli oğlu Babayev (4 aprel 1965, Naxçıvan) — fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru (2009–2019),

    - AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini, Şamaxı Astrofizika Rəsədxanasının "Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsinin rəhbəri,

    - 2019-cu il 11 martdan etibarən Bakı Dövlət Universitetinin rektoru.