XƏBƏRLƏR / Təhsil

Qubanın Çiçi kəndində modul tipli məktəb binası quraşdırılıb

Məktəb yeni dərs ilindən kollektivin istifadəsinə veriləcək

Qubanın Çiçi kəndində modul tipli məktəb binası quraşdırılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Quba rayonunun Çiçi kəndində 128 şagird yerlik modul tipli məktəb binası quraşdırılıb.

    Məktəb yeni dərs ilindən kollektivin istifadəsinə veriləcək. Hazırda binada son tamamalama və daxili tərtibat işləri həyata keçirilir.

    Məktəb 9 sinif otağı və 1 müəllimlər otağından ibarətdir.

    Məktəbin həyətində idman qurğuları və meydança inşa edilib.

    Təhsil ocağı müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin ediləcək.

    Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.