XƏBƏRLƏR / Təhsil

Qarabağ Universitetinə 1 235 tələbə qəbul olunub

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib

Qarabağ Universitetinə 1 235 tələbə qəbul olunub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qarabağ Universitetinə 49 ixtisas üzrə 1 235 tələbə qəbul olunub.

    Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib. Nazir bildirib ki, 2026–2027-ci tədris ili üzrə universitetə ayrılmış 1 403 plan yeri üzrə 49 ixtisasda 1 235 nəfər tələbə adı qazanıb.

    Qeyd olunub ki, qəbul olunanların yarısından çoxu yüksək nəticə göstərib. 603 nəfər 500 və daha yüksək bal toplayıb ki, bu da ötən ildən 269 nəfər çoxdur. 196 nəfər isə 600 və daha yüksək bal toplayaraq universitetə qəbul olub. Bu göstərici 2025–2026-cı tədris ilinə görə təqribən 1,5 dəfə, 2024–2025-ci tədris ilinə görə isə təqribən 2 dəfə çoxdur.

    Emin Əmrullayev keçid balları barədə də məlumat verərək diqqətə çatdırıb ki, universitet üzrə 13 ixtisasda keçid balı 500-dən yuxarı olub. Ən yüksək keçid balları tibb (634,2), stomatologiya (624,3) və hüquqşünaslıq (600,8 / 600,1) ixtisaslarında qeydə alınıb. Qəbul olunanların 60 faizdən çoxunu qızlar təşkil edir.