XƏBƏRLƏR / Təhsil

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq Qərarına əsasən, 2024-cü ilin 12 aprel iş günü ilə müvafiq olaraq 6 aprel istirahət gününün yerləri dəyişdirilib.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Qeyd edilənləri nəzərə alaraq, 5 günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl son iş günü 9 aprel, bayramdan sonrakı ilk iş günü 15 aprel tarixidir.

    6 günlük qrafiklə işləyən müəssisələrdə isə bayramdan əvvəl son iş günü 9 aprel, bayramdan sonrakı ilk iş günü 12 aprel tarixidir.