XƏBƏRLƏR / Təhsil

Füzulidə 1 nömrəli tam orta məktəbin açılışı olub

Mirzə Uluqbəy adına məktəbin açılışında Azərbaycan və Özbəkistan prezidentləri iştirak edib

Füzulidə 1 nömrəli tam orta məktəbin açılışı olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər.

    Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.