Taliban: 10 yaşdan yuxarı qızlar məktəbə getməyəcək
Bu barədə "Independent" məlumat yayıb
Taliban hökuməti Əfqanıstanın bəzi əyalətlərində 10 yaşdan yuxarı qızların məktəbə getməsini qadağan edib.
Bu barədə "Independent" məlumat yayıb.
Ölkənin Təhsil Nazirliyinin rəsmiləri tərəfindən Qəzni vilayətindəki məktəblərin direktorlarına 10 yaşından yuxarı qızların təhsil almasına icazə verilmədiyi barədə xəbərdarlıq mesajı göndərilib.
Taliban hökuməti ancaq oğlanların təhsil almasını məqbul sayır. Bu məqsədlə ötən ilin dekabr ayından qızların kollec və universitetdə təhsil alması qadağan olunub.