XƏBƏRLƏR / Hava

Əfqanıstanda qarlı və şaxtalı hava nəticəsində 60 nəfər ölüb

Əfqanıstan fövqəladə hallar idarəsi xəbər verir

Əfqanıstanda qarlı və şaxtalı hava nəticəsində 60 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əfqanıstanda son üç həftə ərzində yağan güclü qar və şaxtalı hava nəticəsində 60 nəfər ölüb, 23 nəfər yaralanıb.

    Əfqanıstan fövqəladə hallar idarəsinin mətbuat katibi Molla Janan Saeq həmin müddət ərzində soyuq hava səbəbindən 177 mindən çox mal-qaranın tələf olduğunu bildirib. O, həmçinin milli və beynəlxalq təşkilatların əməkdaşlığı ilə ölkənin müxtəlif bölgələrində zərər çəkən 22 min 400-dən çox ailəyə ərzaq və qeyri-ərzaq malları, o cümlədən pul yardımı edildiyini deyib.

    Qeyd edək ki, Əfqanıstanın bəzi dağlıq bölgələrində havanın temperaturu mənfi 30 dərəcəyədək enib.