XƏBƏRLƏR / İctimaiyyət

Əfsanəvi pilot Çkalovun nəvəsi Moskvaya atom bombası istəyir

Daria Boqdanova onlayn debatda Moskvanı nüvə silahı ilə vurmağın zəruri olduğunu bildirib

Əfsanəvi pilot Çkalovun nəvəsi Moskvaya atom bombası istəyir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Sovet pilotu Valeri Çkalovun nəvəsi Daria Boqdanova onlayn debatda Moskvanı nüvə silahı ilə vurmağın zəruri olduğunu bildirib.

    O, həmçinin bu təklifə sponsorluq etməyə hazır olduğunu bildirib. Bu barədə Rusiya mətbuatı yazır.

    İsrail vətəndaşı olan Boqdanova anası və nənəsi də daxil olmaqla, nüvə partlayışından əziyyət çəkəcək insanları vecinə almadığını qeyd edib.

    Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Andrey Klimov buna reaksiya verərək bildirib ki, Boqdanovanın Moskvaya nüvə zərbəsi endirmək çağırışı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi “Vətənə xəyanət”lə yoxlanılmalıdır.

    Rusiyalı senatorun sözlərinə görə, bu əhvalatdan çıxan əsas nəticə ondan ibarətdir ki, Rusiyada vətənpərvərliklə məşğul olmaq lazımdır: “Əsas nəticə bu korrupsioner fiqurlarla söz atmaq yox, 90-cı illərdə yol verilmiş səhvləri düzəltmək olmalıdır. Ölkədə təhsil müəssisələrində vətənpərvərlik tərbiyəsini ləğv etdikdə bilməli idilər ki, hər şey buradan böyüyür. Əgər dərs almasaq, təəssüf ki, bu faktlar bizdə davam edəcək”.

    Valeri Çkalov (1904-1938) - Sovet sınaq pilotu, Sovet İttifaqı Qəhrəmanıdır. Təyyarə ekipajının komandiri kimi o, 1937-ci ildə Şimal qütbü üzərində Moskvadan Vankuverə ilk fasiləsiz uçuşu edib.