Əfv sərəncamının icrası başa çatıb YENİLƏNİB
Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib
17:06
Ədliyyə Nazirliyinin Penitensiar xidməti Prezident İlham Əliyevin bu gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamın icrasını başa çatdırıb.
Sərəncamın icrası Ədliyyə Nazirliyinin, Ombudsman Aparatının, habelə media nümayəndələrinin iştirakı ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeliyindəki cəzaçəkmə müəssisələrində həyata keçirilib.
Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs və azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş 1 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.
***
14:15
Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamının icrasına başlanılıb.
Sərəncəm Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrində icra olunmağa başlayıb.
Qeyd edək ki, sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.
1 dəqiqə