XƏBƏRLƏR / Münaqişə

Əhməd Əl Şəraa Süveydada atəşkəs elan edib

Bu barədə "SANA" agentliyi xəbər verir

Əhməd Əl Şəraa Süveydada atəşkəs elan edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şəraa toqquşmaların baş verdiyi Əs-Süveyda əyalətində dərhal atəşkəs rejiminin tətbiq olunduğunu elan edib.

    Bu barədə "SANA" agentliyi Suriya Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir.

    "Ölkənin düşdüyü mürəkkəb vəziyyəti nəzərə alaraq, Suriyanın ərazi bütövlüyünü və xalqının təhlükəsizliyini qorumaq məqsədilə, həmçinin milli maraqlara əsaslanaraq Suriya Ərəb Respublikasının Prezidenti dərhal və hərtərəfli atəşkəs elan edir", - mətbuat xidmətinin məlumatında bildirilib.
    Qeyd edək ki, Suriyada Əs-Süveyda vilayətində azı 718 nəfər öldürülüb.

    Bu barədə Suriya İnsan Haqları Monitorinq Mərkəzi məlumat yayıb.

    Mərkəzin məlumatına görə, bazar günündən bəri 146 druz döyüşçüsü və 245 mülki şəxs həlak olub, onlardan 165-i müdafiə və daxili işlər nazirliklərinin əməkdaşları tərəfindən məhkəməsiz edam edilib.

    “Eyni zamanda, hökumət qoşunlarının 287 hərbçisi və 18 bədəvi döyüşçüsü həlak olub. 3 bədəvi druz döyüşçüləri tərəfindən məhkəməsiz edam edilib”, - nəşr qeyd edib.

    İsrailin hava zərbələri nəticəsində hökumət qoşunlarının daha 15 hərbçisi həlak olub.