Artıq öz müqəddəratını təyin etməkdən söhbət getmir
Bunu britanyalı ekspert Tomas de Vaal Xankəndidəki erməni seeparatçılarının əhval ruhiyəsi haqda deyib
Turan İA-nin “Mürəkkəb sual” verilişində Qafqaz üzrə britaniyalı ekspert Tomas De Vaal Qarabağda baş verən son hadisələri şərh edib.
Onun sözlərinə görə, Qarabağ ermənilərinin yeni “lideri” Samvel Şahramanyan “parlament”in növbədənkənar iclasında ritorikasını dəyişib.
“Artıq öz müqəddəratını təyinetmə haqqında danışılmır, bu, təbii ki, ərazidəki real vəziyyətin əksidir. Eyni zamanda, "Bakı ilə dialoqa hazırlıq var" deyən o, görüşlərin kifayət etmədiyini, “müxtəlif məsələlərin müzakirəsi üçün çoxlu insanların iştirakı ilə prosesə ehtiyac olduğunu” vurğulayıb.
De Vaal hesab edir ki, Ermənistan rəhbərliyinin əvvəllər olduğu kimi artıq Azərbaycana qarşı ərazi iddiası yoxdur. Buna baxmayaraq, onun fikrincə, Qarabağ ermənilərinin Bakıya çoxlu sualları var.
“Onlardan birincisi Qarabağ ermənilərinin təhlükəsizliyi, təminatları məsələsidir. Bu, təkcə Bakı və Qarabağın deyil, həm də beynəlxalq oyunçuların sualıdır”, - ekspert hesab edir.
Ağdam yolunun açılmasına kimin qərar verdiyi sualına gəlincə, De Vaal deyib ki, İrəvanın buna töhfə verməsi ehtimalı azdır.