Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolundan keçid neçəyədir?
Azərbaycan Avtomobil Yolları dövlət agentliyi xəbər verir
Tarif Şurasından verilən xəbərə görə, Nazirlər Kabinetinin 2026-cı il 1 aprel tarixli 91 nömrəli Qərarı ilə bu yol ödənişli yol kimi müəyyən olunub. Qanunvericiliyə əsasən, keyfiyyəti dövlət standartlarının tələblərinə cavab verən ödənişsiz avtomobil yolu mövcud olduqda alternativ ödənişli avtomobil yolları yaradıla bilər və bu yoldan istifadə seçimdən asılıdır.
Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ilə gediş üçün ödəniş məbləğlərinin təsdiq edilməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tarif (qiymət) Şurasına müraciət edilib və Şuranın 2026-cı il 1 iyun tarixində keçirilmiş növbəti iclasında məsələyə baxılıb.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda yol haqqı aşağıdakı kimi müəyyən edilib:
- 3,5 tona qədər minik və yük maşınları — 6,99 manat.
- 3,5 tondan çox yük maşınları — 8,62 manat.
- Avtobuslar — 5,77 manat.
- Qoşqulu, yarımqoşqulu və üç və ya daha çox oxlu nəqliyyat vasitələri — 14,39 manat.
- Motosikletlər — kilometrə 4,65 qəpik.
1 dəqiqə