Ehsan Zahidovun vəzifəsi Elşad Hacıyevə tapşırıldı
Bununla bağlı daxili işlər naziri, polis general-polkovniki Vilayət Eyvazov əmr imzalayıb
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi vəzifəsinin icrası Elşad Hacıyevə tapşırılıb.
Bununla bağlı daxili işlər naziri, polis general-polkovniki Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən DİN-in Mətbuat xidmətinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq polis polkovnik-leytenantı Elşad Hacıyevə həvalə olunub.
Qeyd edək ki, ötən gün Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov təqaüdə göndərilib. E.Zahidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar vəzifədən azad edilib.