XƏBƏRLƏR / Məhkəmə

Əkrəm İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib

Bu barədə Türkiyə mediası məlumat yayıb YENİLƏNİB

Əkrəm İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 17:45

    Əkrəm İmamoğlu İstanbul bələdiyyə başqanı olduğu müddətdə yanvarın 20-də keçirilən paneldə İstanbulun Baş prokuroru Akın Gürleklə bağlı açıqlamalar verib. Bu ifadələr İmamoğluna qarşı “dövlət məmurunu vəzifəsinə görə açıq şəkildə təhqir etmək”, “təhdidlər” və “terrorla mübarizədə iştirak edən şəxsləri hədəfə almaq” ittihamları ilə məhkəməyə səbəb olub.

    Bu gün cinayət işi üzrə üçüncü məhkəmə iclası keçirilib. Proses İstanbul Silivridəki Mərmərə Qapalı Cəza Müəssisəsi kompleksində 1 saylı məhkəmə zalında baş tutub.

    İstanbul Baş prokuroru Akın Gürlekin ünvanına söylədiyi fikirlərə görə məhkəmə qarşısına çıxarılan Əkrəm İmamoğlu dövlət məmurunu təhqir və təhdid etdiyi üçün 1 il 8 ay həbs cəzası alıb.

    Məhkəmə İmamoğlunun “terrorla mübarizədə iştirak edən şəxsləri hədəfə almaq” ittihamına bəraət qazandırıb.

    ***

    15:01

    Əkrəm İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.


    Bu barədə Türkiyə mediası məlumat yayıb.

    Xatırladaq ki, yanvarda İstanbul Baş prokuroru Akın Gürləkə qarşı işlətdiyi ifadələrə görə İmamoğluya "dövlət məmurunu vəzifəsinə görə açıq şəkildə təhqir etmək", "hədə-qorxu gəlmək" və "terrorla mübarizədə iştirak edən şəxsləri hədəf almaq" maddələri ilə cinayət işi açılıb.