Elçin Əmirbəyov İtaliya XİN müavini ilə görüşüb
Bu barədə İtaliya XİN-in "X" hesabında məlumat verilib

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliya xarici işlər nazirinin müavini Edmondo Sirielli ilə görüşüb.
Bu barədə İtaliya XİN-in "X" hesabında məlumat verilib.
"Görüşdə bütün sahələrdə ikitərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. İtaliya regionda prosesləri diqqətlə izləyir və dialoqu dəstəkləyir", - paylaşımda qeyd olunub.
Görüş noyabrın 3-də azərbaycanlı rəsminin İtaliyaya səfəri çərçivəsində baş tutub.