Elçin Əmirbəyov BMT məmuru ilə mina problemini müzakirə edib
BMT Baş katibinin köməkçisi İvana Jivkoviç həm də ANAMA rəhbərliyi ilə görüşüb
 
                                BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə regional direktoru İvana Jivkoviç Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ilə görüşlərdə mina problemini müzakirə edib.
Bu barədə Baş katibin köməkçisi "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Mən Səfir Elçin Əmirbəyova COP29 çərçivəsində əla görüşə görə təşəkkür etmək istəyirəm".
Eyni zamanda, ANAMA-nın sədri ilə görüşdən danışan Jivkoviç vurğulayıb ki, “onlar Azərbaycanda və dünyada daha təhlükəsiz, minasız gələcək naminə minalarla mübarizədə innovativ yanaşmalar hazırlayırlar”.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqədən az
									1 dəqiqədən az 
								 
            
             
            
             
            
             
            
             
            
            