XƏBƏRLƏR / Siyasət

Elçin Əmirbəyov İtaliya XİN müavini ilə görüşüb

Bu barədə İtaliya XİN-in "X" hesabında məlumat verilib

Elçin Əmirbəyov İtaliya XİN müavini ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliya xarici işlər nazirinin müavini Edmondo Sirielli ilə görüşüb.

    Bu barədə İtaliya XİN-in "X" hesabında məlumat verilib.

    "Görüşdə bütün sahələrdə ikitərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. İtaliya regionda prosesləri diqqətlə izləyir və dialoqu dəstəkləyir", - paylaşımda qeyd olunub.

    Görüş noyabrın 3-də azərbaycanlı rəsminin İtaliyaya səfəri çərçivəsində baş tutub.