Özünü qondarma Talış-Muğan Respublikasının lideri kimi təqdim edən və 2004-cü ildən Hollandiyada yaşayan Ələkrəm Hümmətov dünyasını dəyişib. O, Hollandiyada xəstəlik səbəbindən vəfat edib. Qeyd edək ki, Ələkrəm Ələkbər oğlu Hümbətov 1948-ci ildə Lerikdə anadan olub. 1992-1993-cü illərdə Azərbaycan müdafiə nazirinin müavini olub. Bu vəzifədə olarkən, 1993-cü ildə qondarma Talış-Muğan Respublikasını elan edib və separatçılıq fəaliyyətinə görə azadlıqdan ömürlük məhrum edilib. 2004-cü ildə həbsdən azad edildikdən sonra mühacirətə gedib. Ömrünün son illərində Ermənistanla əməkdaşlıq edərək, İrəvana da getmişdi.