Əliyev, Ərdoğan və Şərif Laçın şəhərindəki gəzinti zonasında
Qonaqlar təşkil olunmuş sərgi ilə tanış olublar FOTO

Mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçın şəhərindəki gəzinti zonasında olublar.
Qonaqların diqqətinə çatdırılıb ki, burada iki il əvvəl mayın 28-də Prezident İlham Əliyev Laçına ilk köçən keçmiş məcburi köçkünlərə evlərin açarlarını təqdim edib.
Məlumat verilib ki, hazırda bu ərazidə Laçında istifadəyə verilmiş müəssisələrin məhsulları nümayiş etdirilir. Sərgidə Laçın Aqrar-Sənaye Parkında, PİRŞAĞI ayaqqabı fabrikinin Laçın filiallarında, Gilabi Keramika Yaradıcılıq Mərkəzində, Laçın LƏTİFA tikiş fabrikində istehsal olunan məhsullar nümayiş etdirilir.
Sərgidə həmçinin Bakı Abadlıq Xidməti, Efir Yağları Zavodu, Naxışlı Tikiş Evi, Xırdabuynuzlu Heyvandarlıq Mərkəzi, Xəkəri Balıqçılıq Təsərrüfatı da nümayiş etdirilir.
Qeyd edək ki, sərgi 28 May - Müstəqillik Gününə təsadüf edir.