XƏBƏRLƏR / Müttəfiq

Əliyev Ərdoğana zəng edib, Türkiyəyə raket hücumunu qınayıb

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

Əliyev Ərdoğana zəng edib, Türkiyəyə raket hücumunu qınayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    Dövlət başçısı Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qınayıb, qardaş Türkiyə xalqına dəstəyini ifadə edib.

    Rəcəb Tayyib Ərdoğan telefon zənginə və mövqeyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.