XƏBƏRLƏR / Müttəfiq

Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pisləyib

Türkiyə hər zaman olduğu kimi Azərbaycanın yanındadır

Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pisləyib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Xarici İşlər Nazirliyi İrandan Naxçıvana PUA hücumları ilə bağlı bəyanat yayıb.

    Rəsmi Ankara bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən PUA hücumlarını qətiyyətlə pisləyib.

    “Bölgədə üçüncü ölkələri hədəf alan və müharibənin yayılması riskini artıran bu cür hücumlara dərhal son verilməsinin vacibliyini bir daha vurğulayırıq.

    Türkiyə hər zaman olduğu kimi bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək”, - bəyanatda deyilir.