Türkiyə BRİCS-ə daxil olmaq üçün müraciət edib
Bu barədə “Bloomberg” məlumat yayıb
Türkiyə hökuməti BRİCS-ə daxil olmaq üçün müraciət edib.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Türkiyə bu yolla dünyada nüfuzunu gücləndirməyə, inkişaf etməkdə olan ölkələrlə əlaqələri genişləndirməyə çalışır.
Təşkilatın genişləndirilməsi məsələsinə BRİCS-in oktyabrın 22-24-də Kazanda keçiriləcək sammitində baxıla bilər.