XƏBƏRLƏR / Müttəfiq

Ceyhun Bayramov Ərdoğan tərəfindən qəbul edilib

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib

Ceyhun Bayramov Ərdoğan tərəfindən qəbul edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Ankara sammiti çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, qəbul zamanı Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub. İki ölkə arasında müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

    Həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Türk dünyasının birliyinin və həmrəyliyinin gücləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.