Laçın aeroportuı Azərbaycanın mövqeyini daha da gücləndirib
Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçında beynəlxalq hava limanının açılmasının Azərbaycan üçün xeyirli olmasını diləyib.
Türkiyə Prezidenti jurnalistlərə açıqlamasında deyib:
“Yeni açılan Laçın Beynəlxalq Hava Limanın Azərbaycan üçün xeyirli olmasını diləyirəm. Füzulidən sonra Laçında hava limanının açılması böyük addımdır. Belə möhtəşəm bir işə şahid olmaq çox gözəldir. İşğaldan azad edilmiş ərazilərdə üçüncü hava limanı olaraq Laçın hava limanın inşası Azərbaycanı çox güclü mövqeyə qaldırdı”.