XƏBƏRLƏR / Müttəfiq

Zakir Həsənovla Yaşar Güler arasında telefon danışığı olub

Azərbaycanın müdafiə naziri türkiyəli həmkarını Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

Zakir Həsənovla Yaşar Güler arasında telefon danışığı olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler arasında telefon danışığı olub.

    General-polkovnik Z.Həsənov qardaş ölkənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə türkiyəli həmkarını təbrik edib.

    Telefon danışığı zamanı, həmçinin ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilib.