XƏBƏRLƏR / COP29

Əliyev Makronu ifşa etdikdən sonra Fransa COP29-a gəlmir

Makronun qadağası haqda Fransanın ekologiya naziri Aqnes Pannye-Rünaşe açıqlama verib YENİLƏNİB

Əliyev Makronu ifşa etdikdən sonra Fransa COP29-a gəlmir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:08

    "Azərbaycanın qapıları məhsuldar danışıqların tərəfinə çevrilmək istəyən hər kəs üçün açıqdır".

    Bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev mətbuat konfransında "Agence France-Presse"nin fransalı nazirin Azərbaycana səfərini ləğv etməsi barədə sualına cavabında bildirib.

    O deyib ki, ölkəmiz bu konfransda 80 nəfərdən çox dünya dövlətlərinin liderlərini qəbul edib, yüzlərlə nazir COP29-un işinə töhfə verilməsi üçün Bakıya gəlib: "Atılan bütün addımıar danışıqlar prosesinin səmərəli keçməsinə hesablanıb. Biz məhsuldar müzakirələrdə iştirak etmək istəyən, danışıqların tərəfinə çevrilmək niyyətini elan edən hər kəsi ölkəmizdə qəbul etməyə hazırıq".

    ***

    10:12

    Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi həqiqətdən inciyib: fransalı nazirə Bakıya getməmək əmri verilib.

    Prezident İlham Əliyevin kiçik ada dövlətlərinin iştirakı ilə keçirilən sammitdə Fransanın ikiüzlülüyü və neokolonializmi ilə bağlı dediyi sözlər hədəfinə çatıb: Fransa Prezidenti Makrona çox toxunub.

    Emmanuel Makron o qədər inciyib ki, ekologiya naziri Aqnes Pannye-Rünaşeyə COP29 üçün Bakıya səfərini ləğv etməyi əmr edib.

    Makronun bu göstərişi barədə nazir Pannye-Rünaşe özü parlamentdə danışıb. “Respublika prezidenti və Baş nazirlə söhbətdən sonra məlum oldu ki, mən gələn həftə Bakıya getməyəcəyəm".

    Qeyd edək ki, Bakıda COP29 196 ölkədən 72 000-dən çox insanı bir araya gətirdi və bir neçə fransız məmurun olmaması tədbirə heç bir təsiri etmir.