Emmanuel Makron Nikol Paşinyanla danışıb
Paşinyan həmişəki kimi 7 dəsmalla ağlayıb, şikayət edib
Ermənistanın baş nazir Nikol Paşinyan ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub
Bu barədə nazirlər kabinetinin məlumatında deyilir. Məlumatda daha sonra deyilir: "Həmsöhbətlər regionda mövcud vəziyyətə toxunublar. Baş nazir Nikol Paşinyan Azərbaycanın Laçın dəhlizinin bağlaması nəticəsində Dağlıq Qarabağda humanitar böhranın gündən-günə dərinləşdiyini, böhranın aradan qaldırılması və həlli istiqamətində addımların atılmasının vacibliyini vurğulayıb."
Həmsöhbətlər regionda sabitliyin və sülhün təmin edilməsi üçün ardıcıl səylərin vacibliyini vurğulayıblar.