Sabah ATƏT-in yüksəkvəzifəliləri Azərbaycana gələcək
Bu barədə Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti xəbər verib

ATƏT Parlament Assambleyasının Prezidenti Pia Kauma, ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksen, ATƏT Parlament Assambleyasının Baş katibi Roberto Montellanın rəhbərlik etdiyi nümayəndə heyəti 12-14 noyabr tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.
Bu barədə Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti xəbər verib.
Səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçiriləcək, Azərbaycan və ATƏT Parlament Assambleyası arasında əməkdaşlığı, regiondakı hazırkı vəziyyət və digər ikitərəfli məsələlər ətrafında müzakirə aparılacaq.