XƏBƏRLƏR / Siyasət

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Səfər mövcud diplomatik dərəcəyə görə ən yüksək dövlət statusu daşıyacaq

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycana səfər edəcək.

    Kremlin mətbuat xidməti xəbər verir ki, səfər mövcud diplomatik dərəcəyə görə ən yüksək dövlət statusu daşıyacaq.

    "Danışıqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq", - məlumatda deyilir.

    Səfərin yekunları üzrə dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır.