Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarının açılışı olacaq
Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi bu gün keçiriləcək.
Əl-Cənnədriyah Kompleksində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
57 ölkədən 3000-dən çox idmançı 23 idman növündə medallar uğrunda mübarizə aparacaq.
İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi 21 noyabrda keçiriləcək.
1 dəqiqədən az