XƏBƏRLƏR / Hərbi

"Erciyes - 2025” təlimində Yüksək Səviyyəli Müşahidəçi Günü

Təlim Türkiyə Respublikasının Kayseri şəhərində keçirilir FOTO

"Erciyes - 2025” təlimində Yüksək Səviyyəli Müşahidəçi Günü
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə Respublikasının Kayseri şəhərində "Erciyes - 2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

    Tədbirdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu, Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) komandanı general-mayor Kənan Seyidov, eləcə də Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı hərbi attaşelik aparatının və digər iştirakçı dövlətlərin hərbi nümayəndələri iştirak ediblər.

    Əvvəlcə təlimin ümumi gedişatı, qarşıda duran tapşırıqların məqsədi və yerinə yetirilmə ardıcıllığı barədə  qonaqlara məlumat verilib.
    Təlim poliqonunda "Erciyes - 2025"ə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodlar praktiki icra olunub.

    Təlimdə ölkəmizi təmsil edən ƏÜO-nun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.

    Sonda qonaqlara Türkiyə Respublikasında istehsal olunan silah-sursat, təchizat və müxtəlif PUA-lar təqdim edilib, onların taktiki-texniki xüsusiyyətləri və imkanları ilə bağlı ətraflı məlumat verilib.