Ərdoğan yeni konstitusiyaya ehtiyac olduğunu bəyan edib
Bu barədə Türkiyə mətbuatı yazır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə üçün yeni konstitusiyaya ehtiyac olduğunu bəyan edib.
"Yeni, hərtərəfli, liberal və vətəndaş konstitusiyası ilə demokratiyamızı aşağıdan yuxarıya qurmaq imkanımız var. Yeni konstitusiya ölkənin müasir siyasi reallıqlarını əks etdirməlidir".
Ərdoğan əlavə edibki, yeni konstitusiya Türkiyəyə demokratiyanın gücləndirilməsinə və vətəndaşların hüquq və mənafelərinin qorunmasını təmin etməyə kömək etməli və bütün siyasi qüvvələr onun hazırlanmasında daha fəal iştirak etməlidirlər.
1 dəqiqədən az