Ərdoğanın Fransanın Ermənistanı silahlandırmasına münasibəti
Türkiyə Prezidenti Vaşinqtonda NATO-nun sammitində idi

“Bölgədəki sülhü bölmək və ya sülhə kölgə salmaq heç doğru olmaz”.
Bu sözləri NATO sammiti çərçivəsində Vaşinqtonda mətbuat konfransı keçirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Ermənistanı silahlandırması ilə bağlı suala cavabında deyib. Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla da görüşdüyünü qeyd edib.
“Lazım gələrsə, bu mövzuları da Makronla müzakirə edərik. Yaxın zamanda onunla təkrar görüşəcəyik və bölgədə mənfi meyillər olarsa, bunu onunla müzakirə edərik”, - deyə Türkiyə Prezidenti əlavə edib.