XƏBƏRLƏR / İctimaiyyət

Erməni blogeri İlham Əliyevə müraciət edib

Natali Aleksanyan Xankəndiyə gəlməsinə icazə istəyir

Erməni blogeri İlham Əliyevə müraciət edib
Natali Aleksanyan
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Erməni bloger Natali Aleksanyan Azərbaycan Prezidentinə üz tutaraq ondan Xankəndiyə gəlməsinə icazə verməsini xahiş edib.

    Bu barədə o, Facebook səhifəsində yazıb.

    “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət

    Hörmətli cənab Prezident!

    Mən başa düşürəm ki, ermənilərin Qarabağda yaşamasının yeganə yolu ermənilərin Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyasıdır. Mən Qarabağ ermənilərinin sevdiyi, fikrinə qulaq asdıqları bir adamam.

    Yuxarıda qeyd olunanları nəzərə alaraq, xahiş edirəm ki, mənə təcili olaraq Xankəndiyə gəlib, onlarla (sakinlərlə - ANS Press) bir yerdə olum, dəstək olub inteqrasiyasına köməklik göstərim.

    Hörmətlə, Natali Aleksanyan”, – bloger yazıb.