XƏBƏRLƏR / İctimaiyyət

Bərdədə nənə və nəvə dəm qazından boğularaq ölüb

Hadisənin nənə nəvəsini çimizdirərkən baş verdiyi bildirilir

Bərdədə nənə və nəvə dəm qazından boğularaq ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bərdədə nənə və nəvə dəm qazından boğulub.

    Hadisə rayonun Tumaslı kəndində qeydə alınıb.

    Kənd sakini Fətəliyeva Aytən Əsgər qızı və onun nəvəsi Nəcəfov Sadiq Orxan oğlu dəm qazından zəhərlənib.

    Hadisənin nənə nəvəsini çimizdirərkən baş verdiyi bildirilir.

    Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.