Erməni cəlladları rəssam Pərvini kor etdi
Böyük Sevanın 5 il əvvəlki reportajı
19 oktyabr 2020-ci il
Gəncəli 26 yaşlı və iki uşaq anası Pərvin uşaqlıqdan rəssam olmaq istəyirdi. Arzusunu çin etmək üçün o, hətta Təsviri İncəsənət üzrə təhsil alıb uşaqlara rəsm dərslərini də vermək istəyirdi... Lakin erməni silahlı qüvvələrinin Gəncəyə endirdiyi raket zərbələri Pərvinin bütün arzularının üstündən qara xətt çəkdi.
Pərvin hələ bilmir ki, artıq heç vaxt görməyəcək... Amma yenə də Allahdan arzu edir ki, gözlərini açıb heç olmasa, uşaqlarını bir də görə bilsin!