Köç vaxtı deyil
ANS ÇM-in reportyoru Sevda Həsənovanın REPORTAJı
5 oktyabr 2020-ci il
Tərtərin 2000 nəfərdən çox əhalisi olan Köçərli kəndində həyat əvvəlki kimi davam edir.
Yalnız təhlükəsizlik məqsədilə qaz və elektrik verilməsi dayandırılıb.
Sakinlər isə yenə də həyətyanı təsərrüfatla məşğuldur. Evlərinin bir addımlığında toplardan atəş açılmasına baxmayaraq, hətta qadınlar da evlərini tərk etməyiblər.