Qanlı səma tarixi
VMF Qarabağda həlak olmuş, bu gün "Milli Qəhrəman" adına layiq görülmüş pilot Vaqif Qurbanovun ailəsinə xüsusi saat təqdim etmişdi VİDEO
Bu gün Azərbaycan Prezidentinin Sərəncamı ilə "Milli Qəhrəman" adı almış, 1992-ci ildə həlak olan pilot Vaqif Qurbanovun ailəsi 2022-ildə VMF Natural Frequencies Saat Fabrikinin məhdud sayda (130 ədəd) buraxdığı istehsal etdiyi, Azərbaycanın ilk təyyarəçisi Fərrux ağa Qayıovun 130 illiyinə həsr olunmuş "Aviator" saatına layiq görülmüşdü.
VMF Natural Frequencies Saat Fabrikinin daxil olduğu ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev Azərbaycanın əfsanəvi pilotlarına və şəhid pilotlarımızın ailələrinə dərin təşəkkürünü bildirmişdir. Hərb tariximizin vacib səhifələrindən olan Hərbi Hava Qüvvələrinin düşmənlə ağır döyüşlərndən danışan Vahid Mustafayev bu saatı məhz onlara ithaf etdiyini söyləmişdir.
Saatın siferblatı "İlya Muromets" təyyarəsinin göyərtəsindəki indikator formasında dizayn edilib. Kəməri ilməli vintaj dəridən biçilib, arxa qapağında Fərrux ağa Qayıbovun emblemi fiber optik texnologiya ilə həkk olunub.
Daha sonra Azərbaycanın Birinci və İkinci Qarabağ Vətən müharibələrində ərazilərimizin qorunması və azad edilməsində mərdlik və cəsarət göstərən pilotlarımız, o cümlədən Fərrux ağa Qayıbovun ailə üzvü olmaqla, şəhid pilotlarımızın ailələri də bu saatlarla təltif edilmişdir. Təltif olunanlar sırasında ilk təyyarəçı qadın pilotumuz Leyla Məmmədbəyova və ilk hərbi qadın pilotumuz Züleyxa Seyidməmmədova, Qarabağ müharibəsində səmada şücaət göstərən Milli qəhrəmanlar Ərəstun Mahmudov, Səfa Axundov və Viktor Seryogin, Yavər Əliyev, adı ilk hərbi pilotlarımızın sırasında çəkilən Vaqif Qurbanov, Urfan Vəlizadə, Təbriz Musayev, Əbu Bəkir İsmayılov, Zaur Nudirəliyev, Ramiz Qasımovun ailə üzvlərinə, Azərbaycan səmasının əfsanə adlarından sayılan Bayram Muxtarov, Kazım Abbasov, Xanlar Səttarov və Rafiq Səlimov və digərləri olub.