Reportaj

VMF şirkəti Azərbaycanda ilk Beynəlxalq Zərgərlik Sərgisində

4–6 iyun tarixlərində Bakı İdman Sarayında Azərbaycan Beynəlxalq Zərgərlik Sərgisi keçirilir

VMF şirkəti Azərbaycanda ilk Beynəlxalq Zərgərlik Sərgisində
  • Oxuma müddəti:

    3 dəqiqə

  • VMF Azərbaycanda ilk Beynəlxalq Zərgərlik Sərgisində iştirak edir.

    4–6 iyun tarixlərində Bakı İdman Sarayında ilk dəfə keçirilən Azərbaycan Beynəlxalq Zərgərlik Sərgisi yerli və xarici şirkətləri, distribütorları, mağaza sahiblərini və sənaye nümayəndələrini bir araya gətirir. Sərgidə Azərbaycanın ilk dəqiq mexanizm istehsal edən saat fabriki kimi tanınan VMF şirkəti də öz geniş brend portfeli ilə iştirak edir. Şirkət sərgidə VMF, Rover, Elli, saat brendlərini, VMF Mina zərgərlik məhsullarını, VMF Ayna gün və optik eynəklərini, VMF Toqqa dəri kəmərlərini və VMF Kafe konseptini ziyarətçilərə təqdim edir.

    VMF-in sərgidə iştirakı şirkətin yeni kolleksiyalarını, məhsul çeşidlərini və brend yanaşmasını daha geniş auditoriyaya nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Sərgi həm yerli, həm də xarici tərəfdaşlarla yeni əməkdaşlıqların qurulması, dillər əlaqələrinin genişləndirilməsi və Azərbaycan istehsalının beynəlxalq səviyyədə tanıdılması üçün önəmli platforma hesab olunur.

    VMF stendinin saat, zərgərlik, eynək, aksesuarkafe konsepti vahid brend təcrübəsi kimiziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Sərgidə iştirak edən İrandan olan saat sektoru nümayəndəsi Reza Farhadi VMF-in peşəkar istehsalatını xüsusi vurğulayıb:

    “VMF-in burada təqdim etdiyi sistem, məhsul çeşidi və brend yanaşması bizi çox əccübləndirdi. Xüsusilə saat istehsalı və idarəetmə modeli baxımından çox ciddi iş görülüb. Arzu edərdik ki, gələcəkdə VMF-in təcrübəsindən faydalanaraq İranda da bu səviyyədə birgə professional saat istehsalı formalaşdıraq.”

    Türkiyədən olan texnologiya və biznes sahəsi üzrə direktor Murat Demir isə Azərbaycanın son illərdəki inkişafına diqqət çəkib: “Azərbaycan yalnız hərbi və texnoloji uğurları ilə deyil, iqtisadiyyat, istehsal və sənaye sahəsində də böyük sıçrayış edib. VMF kimi yerli şirkətlərin beynəlxalq sərgidə bu səviyyədə təmsil olunması bunun real göstəricisidir. Bu yerdə Heydər Əliyevin “Bir millət iki dövlət” şüarını biz sevə-sevə qebul edirik

    Rusiyadan olan sahibkar Alexander Volkov sərginin təşkilatçılığını və VMF-in təqdimatını yüksək dəyərləndirib: “Azərbaycan Beynəlxalq Zərgərlik Sərgisinin rəhbərliyinə və təşkilatçılara təşəkkür edirəm. Çox peşəkar və faydalı sərgi təşkil olunub. Xüsusilə VMF şirkətinin 7 brendi ilə iştirak etməsi diqqətimi çəkdi və yaxın zamanda onlarla Moskvada əməkdaşlığa başlamağı planlaşdırırıq.
    Saat, zərgərlik, aksesuarkafe konseptinin bir yerdə təqdim olunması çox uğurlu yanaşmadır.”

    Öz növbəsində Azərbaycanda ilk Dəqiq Mexanizmlər istehsal edən VMF Saat fabrikin direktoru Orxan Məmmədov sərgidə iştirakın şirkət üçün maraqlı təcrübə daşıdığını bildirib:
    “VMF olaraq bizim üçün bu sərgi yalnız məhsul təqdimatı deyil, həm də Azərbaycan istehsalının və yerli brend gücünün nümayişidir. Biz burada saat, zərgərlik, eynək, aksesuarkafe konseptimizibir arada təqdim edirik – ziyarətçilər qızıl kimi vaxtlarını səmərəli keçirtməklə yanaşı, VMF Kafenin dadlı qəhvələrindən enerji alaraq bizim yeni məhsullarımızı çox müasir və fərqli rənglərdə görməklə milli istehsalata inamını və güvənlərini artırdılar.

    Qeyd edək ki, Azərbaycan Beynəlxalq Zərgərlik Sərgisi iyunun 6-dək Bakı İdman Sarayında davam edəcək.