Reportaj

Gənc zabitlərlə nümayiş təlimləri keçirildi

FOTOREPORTAJ

Gənc zabitlərlə nümayiş təlimləri keçirildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Zabit ixtisas kursunun dinləyiciləri ilə nümayiş məşğələləri keçirilib. 


    Plana uyğun olaraq dinləyicilərlə atəş, kəşfiyyat, mühəndis, artilleriya hazırlığı,  döyüş maşınlarının sürülməsi, eləcə də digər ixtisas fənləri üzrə məşğələlər təşkil olunub.


    Məşğələlərin əsas məqsədi şəxsi heyətin  nəzəri və praktiki bacarıqlarının, eləcə də fiziki və psixoloji dözümlülüyünün artırılmasıdır.