Azərbaycan bayrağı İrəvanın mərkəzində olacaq!
Ermənistanda Azərbaycan benzininə böyük tələbat var
Ermənistanda yeni qəzəb dalğası başlayıb.
Qəzəb Azərbaycan neft məhsullarının ölkəyə tədarükündən qaynaqlanıb.
SOCAR tərəfindən istehsal edilən ilk benzin partiyası dəmir yolu ilə Gürcüstan ərazisindən çatdırılıb.
Təchizatla bağlı razılaşma noyabrın sonlarında Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryan arasında keçirilən görüşdə əldə edilib.
Bu, təsadüfi kommersiya sövdələşməsi deyil, ən yüksək səviyyədə qəbul edilmiş açıq siyasi qərar idi.