Ermənilərin qəzəbi! Köçəryan həbsxanada çürüməlidir!
Ermənistanda iyunun 7-də parlament seçkiləri keçiriləcək
Ermənistanda 7 iyun tarixinə təyin olunmuş parlament seçkiləri ilə bağlı seçki kampaniyası başlayır. Ölkədəki siyasi mübarizə hər keçən gün getdikcə daha da şiddətlənir və gərginləşir.
Bir tərəfdən, keçmişin qorxularından və ağrılı fəsillərindən istifadə edərək cəmiyyətdə nifrət, düşmənçilik və müharibə ritorikasını yaymağa davam edən revanşist dairələr var.