Erməni deputatlar İstanbula gedir
Bu barədə Ermənistanın yerli KİV-ləri məlumat yayıb

Ermənistan paramentinin deputatları İstanbulda keçiriləcək ATƏT Parlament Assambleyasının sessiyasında iştirak edəcəklər.
Bu barədə Ermənistanın yerli KİV-ləri məlumat yayıb.
Parlamentin nümayəndə heyətinə Xarici əlaqələr komissiyasının sədri Sarqis Xandanyan, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Hovanisyan, eləcə də fraksiyanın üzvləri Mariya Karapetyan və Lilit Minasyan daxildir.
Sessiyanın 16–20 oktyabr tarixlərində keçirilməsi planlaşdırılır.