XƏBƏRLƏR / Parlament

MM-in Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müraciəti

İclasın gündəliyinə 15 məsələ daxil edilib YENILƏNİB

MM-in Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müraciəti
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 13:00

    Milli Məclisin payız sessiyası çərçivəsində sonuncu iclası başa çatıb.

    Spiker Sahibə Qafarova Milli Məclisin payız sessiyasını bağlı elan edib.

    ***

    12:40

    Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət edib.

    Parlamentin bu gün keçirilən iclasının gündəliyinə “Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında” məsələ daxil edilib.

    Mraciəti deputat Zaur Şükürov oxuyub.

    Müraciətdə deyilir:

    “30 illik işğala son qoyulması Azərbaycanın güclü dövlət olduğunu və Azərbaycan xalqının daim öz dövlətini dəstəklədiyini nümayiş etdirib.

    Bugünkü müstəqil Azərbaycan dövləti xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir. Dünyanın müxtəlif qitələrində məskən salmış soydaşlarımız Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrilməsi ilə fəxr edirlər.

    Ötən dövrdə əldə edilmiş uğurlar Azərbaycan dövlətinin davamlı olaraq irəliyə getməyə qadir olduğunu göstərir. Azərbaycanın bütün potensialının ortaya çıxarılaraq dünyaya tanıdılması üçün görüləsi işlərimiz çoxdur. Azərbaycan xalqının varlığı və gələcəyi dünya azərbaycanlılarının birliyindən çox asılıdır”.

    Müraciət səsverməyə çıxarılaraq qəbul edilib.

    ***

    11:16

    Milli Məclisin payız sessiyası çərçivəsində son iclası başlayıb.

    İclasın gündəliyinə 15 məsələ daxil edilib.