XƏBƏRLƏR / Parlament

Parlamentdə büdcə müzakirələri başlayıb

İclasda Baş nazir Əli Əəsdov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov da iştirak edirlər

Parlamentdə büdcə müzakirələri başlayıb
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 12:52

    Azərbaycan bu gün dünyanın enerji təhlükəsizliyində və davamlı enerji təminatında etibarlı tərəfdaşa çevrilib.

    Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

    Onun sözlərinə görə, bu ilin yanvar-oktyabr aylarında xarici bazarlara qaz satışı 20,7 milyard kubmetr təşkil edib, bu da, 2023-cü ilin eyni dövrünə nisbətən 4,6 % çoxdur: "Nəticədə bölgənin və Avropanın 12 ölkəsinə Azərbaycan qazı ixrac olunacaqdır".

    M. Cabbarov vurğulayıb ki, Azərbaycanda "yaşıl enerji" keçidi strategiyası da uğurla həyata keçirilməkdədir: "Alternativ energetikanın inkişafı məqsədilə bu sahədə dünyanın aparıcı şirkətləri ilə artıq bağlanmış müqavilələrə əsasən 2 milyard ABŞ dolları həcmində investisiyanın yatırılması nəticəsində 2 min megavat gücündə enerji istehsalı mümkün olacaqdır ki, bu, 2027-ci ildə ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 33 %-ə çatdırmağa imkan verəcək".

    "Son illərdə Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığın əhəmiyyətli dərəcədə azalması müşahidə edilir".

    Mikayıl Cabbarovun sözlərinə görə, neft hasilatınn pik həddi 2010-cu ildə qeydə alınıb (50,8 milyon ton): "2014-cü ildə ölkədə neft hasilatı 42,1 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2021-ci ildə 31,6 milyon ton təşkil edib. Bu il isə neft hasilatının proqnozlaşdırılan həcmi 29,2 milyon tondur. Cari ildə "Brent" markalı neftin orta qiymətinin 80 ABŞ dolları ətrafında olacağı gözlənilir. Müqayisə etsək, 2014-cü ildə neftin orta qiyməti 99 ABŞ dolları olub".

    Nazir əlavə edib ki, 2014-cü ildə dövlət büdcəsində neft-qaz sektorunun payı 15,5 milyard ABŞ dolları və ya büdcə gəlirlərinin 66 %-ni təşkil edirdisə, 2024-cü ilin dürüstləşdirilmiş büdcəsində neft-qaz gəlirləri 10,5 milyard ABŞ dolları olmaqla büdcə gəlirlərində payı 49 %-ə enib: "Bu nəticə ölkə iqtisadiyyatınn şaxələndirilməsi istiqamətində görülən işləri əks etdirir".

    ***

    11:12

    Milli Məclisdə 2025-ci ilin büdcə müzakirələri başlayıb.

    Penar iclasın gündəliyində 12 məsələ var.

    İclasda Baş nazir Əli Əəsdov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov da iştirak edirlər.

    Gündəlikdə duran məsələlər aşağıdakılardır:


    1. “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 


    2. “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


    3. “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).4. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


    5. “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


    6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


    7. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


    8. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


    9. “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 


    10. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


    11. Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi. 


    12. Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.