XƏBƏRLƏR / Parlament

Qalibaf yenidən İran parlamentinin sədri seçildi

O. daha bir il müddətinə bu vəzifədə qalacaq.

Qalibaf yenidən İran parlamentinin sədri seçildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün İranda parlamentin Rəyasət Heyətinə keçirilən seçkilər başa çatıb.

    Səsvermə səhər saat 07:30-da başlayıb və bir neçə saat davam edib. Millət vəkilləri parlament rəhbərliyinin 12 üzvünü, o cümlədən sədr, iki sədr müavinini, altı katibi və üç müşahidəçini birbaşa səsvermə yolu ilə seçiblər.

    Məlumata görə, Məhəmməd Bağır Qalibaf yenidən parlamentin sədri seçilib və daha bir il müddətinə bu vəzifədə qalacaq.